Türkiyə Cümhuriyyətinin Yetim Vəqfi təsisçisi Mehmet Gülsatar və İstanbul Yeşilköy Şəhid Mehmet Karaaslan adına Beynəlxalq İmam-Xətib Liseyinin direktoru Abdulbaki Muratın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib.
Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qonaqlar da öz növbəbələrində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıblar.
Səmimi çay süfrəsində davam edən görüşün sonunda xatirə fotosu çəkilib.