Təhsil Fəaliyyətləri GYF-də “Təhsildə Liderlik” Adlı Seminar Keçirilib

GYF-də “Təhsildə Liderlik” Adlı Seminar Keçirilib

33

İGEDER İstanbul Gönüllü Eğitimciler Derneği və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında İGEDER dərnəyinin nümayəndəsi Davut Türkkanın təqdimatında “Təhsildə Liderlik” adlı seminar kiçirilib.

İki gün davam edən seminarda Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təhsil işçiləri iştirak edib. Seminarlarda liderin xüsusiyyətləri və rolu, kollektiv işin əhəmiyyəti, təhsildə liderliyin sirrləri, həmçinin təhsilin inkişafında liderlik xüsusiyyətlərinin təsiri kimi mövzulara yer verilib. Daha sonra mövzuların daha yaxşı mənimsənilməsi üçün bağlı kiçik təcrübələr, simulyasiya oyunları təşkil edilib.

İki günlük seminar proqramının sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tərəfindən Davut Türkkan bəyə xatirə hədiyyəsi verilib və fotolar çəkilib.