İnsani Yardım “Qardaş Köməyi” Platformasının Növbəti Konteynerləri Türkiyəyə Yola Salınıb

“Qardaş Köməyi” Platformasının Növbəti Konteynerləri Türkiyəyə Yola Salınıb

20

Bu gün, “Qardaş Köməyi” Platformasının Növbəti Konteynerləri Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Türkiyəyə Yola Salınıb. İçərisində yaşam üçün zəruri olan bütün şəraiti olan 4 konteyner Türkiyədəki zəlszələ bölgəsinə göndərilib.

Qeyd edək ki, “Qardaş Köməyi” platforması fevralın 6-da Türkiyədə baş verən şiddətli zəlzələdən dəhral sonra Azərbaycan Sahibkarlar Konfederasiyası, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), Gəncliyə Yardım Fondu (GYF), Azərbaycan Əczaçılar Klubu, KOBSKA, Müasir İnkişaf İctimai Birliyi, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis edilib.