İnsani Yardım Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Ailələrə Qurban Əti Payladı

Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Ailələrə Qurban Əti Payladı

43

Gəncliyə Yardım Fondu dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir. Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fond həmin dövrdən etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. 2023-ci ildə Gəncliyə Yardım Fondu xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirir.

Fəaliyyətə başladığı gündən milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edən Fond hər il olduğu kimi bu il də kəsilmiş qurban paylarını ehtiyac sahibi ailələrə çatdırıb.

Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.

Qeyd edək ki, qurbanlıq heyvanlar gigiyenik cəhətdən təmiz məkanlarda, baytar nəzarəti altında və dini qaydalara uyğun olaraq kəsilir.