İnsani Yardım GYF-nin Xeyriyyə Fəaliyyətləri Davam Edir

GYF-nin Xeyriyyə Fəaliyyətləri Davam Edir

29

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Bakı şəhər Xətai rayonunda yaşayan, insult keçirdikdən sonra yerimə qabiliyyətini itirən Əlipaşa Əhmədovu yaşadığı ünvanda ziyarət ediblər.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailənin müraciəti əsasında ona əlil arabası təqdim edib və həyat şəraiti ilə yaxından tanış olublar.

Fond tərəfindən təqdim edilən əlil arabasının onun həyatında yeni səhifə açdığını qeyd edən Əlipaşa Əhmədov Gəncliyə Yardım Fondunun göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.