Sosial Fəaliyyətlər TİKA-nın Nümayəndəsi GYF-ni Ziyarət Edib

TİKA-nın Nümayəndəsi GYF-ni Ziyarət Edib

56

Türk İş Birliyi və Koordinasiya Agentliyinin nümayəndəsi İsmail Gürlek Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarətdə həmçinin Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Din Hizmətləri müşaviri İhsan Açık və TRT Bakı təmsilçisi Murat Akkoç iştirak edib.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsirindən bəhs edib.

İsmail Gürlek bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Görüşün sonunda xatirə fotosu çəkilib.