Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində təşkil edilən 15 İyul “Demokratiya və Milli Birlik Günü”nə həsr olunmuş konfrans və fotosərgidə iştirak ediblər.
Millət vəkilləri, səfirlik əməkdaşları, QHT və media nümayəndələri, elm adamlarının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə 2016-cı il 15 iyul tarixində FETÖ terror hərakatının dövət çevrilişinə cəhdinin qarşısının alınmasında mübarizə aparan və qəhrəmancasına şəhid olan vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və İstiqlal marşı səsləndirilib.
Daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı və konfrans iştirakçıları 15 İyul hadisələri ilə bağlı çıxışlar edib.
Tədbirin sonunda 15 İyul “Demokratiya və Milli Birlik Günü”nü özündə ehtiva edən fotosərgiyə baxış keçirilib.