Sosial Fəaliyyətlər Türkiyə Diyanət İşləri Başqanının Müavini Doç. Dr. Selim Argun GYF-ni Ziyarət Edib

Türkiyə Diyanət İşləri Başqanının Müavini Doç. Dr. Selim Argun GYF-ni Ziyarət Edib

32

İyulun 28-də Türkiyə Diyanət İşləri Başqanın Müavini Doç. Dr. Selim Argun Gəncliyə Yardım Fondunu ziyaət edib. Ziyarətdə həmçinin Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Din Hizmətləri müşaviri İhsan Açık da iştirak edib.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsirindən bəhs edib.

Doç. Dr. Selim Argun da öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎