İnsani Yardım Bir Ailənin Sevinci…

Bir Ailənin Sevinci…

19

Gəncliyə Yardım Fondu “Yeni Həyat” Humanitar və Sosial Dayaq” ictimai birliyi ilə birgə Sabirabad şəhər sakinləri Əhədli Aysu Ülvi qızı və Əhədli Sadiq Ülvi oğlunu yaşadıqları ünvanda ziyarət edib.‎

Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan bacı və qardaşa əlil arabaları təqdim edilib. ‎Ailənin ‎dediyinə görə, təqdim edilən əlil arabaları onların həyatında yeni səhifə açacaq və həyat şəraitlərini yaxşılaşdıracaq. Yaxınları Gəncliyə Yardım Fondunun və “Yeni Həyat” Humanitar və Sosial Dayaq” ictimai birliyinin göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıqlarını bildiriblər.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.