Sosial Fəaliyyətlər Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycandadır

Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycandadır

25

Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr şöbəsinin əməkdaşı Zəki Şahin Azərbaycanda rəsmi səfərdə olan  Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatar bəyin şərəfinə təşkil olunmuş şam yeməyi proqramında iştirak edib.

Qeyd edək ki, 13-14 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək Şimali Kipr Türk Mədəniyyəti günlərinin açılışı ərəfəsində Cümhuriyyətin Prezidenti cənab Ersin Tatar Bakıya ilk səfərini edib. Bu səfərdə Prezident Tatarı Şimali Kiprin elm, mədəniyyət, incəsənət və biznes dairələrinin təmsilçiləri müşayiət edir. Nümayəndə heyətinin üzvləri Bakıda keçiriləcək Şimali Kipr Mədəniyyət günləri çərçivəsində çoxsaylı tədbirlərdə iştirak edəcək, Azərbaycanlı həmkarları ilə görüşəcək və iki ölkə arasında elmi-mədəni, humanitar və iqtisadi münasibətlərin gücləndirilməsinə öz töhfələrini verəcəklər.