Sosial Fəaliyyətlər Türkiyə Məzunları Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla Görüşüb

Türkiyə Məzunları Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla Görüşüb

17

16 oktyabr 2023-cü il tarixində Gəncliyə Yardım Fondunun Bakı təhsil koordinatoru Dr. Rüfət Şirinov Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Türkiyənin müxtəlif universitetlərinin məzunları ilə görüşündə iştirak edib.

Görüşdə cənab Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətində təhsil prespektivləri və dövlətin bu istiqamətdə atdığı addımlardan bəhs edib.

Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan Respublikası arasındakı əlaqələri müsbət dəyərləndirib və gələcək fəaliyyətlərin hər iki dövlətin inkişafına töhfə verəcəyini qeyd edib. Göstərdikləri yüksək qonaqpərvəliyə görə Azərbaycan xalqına və prezident cənab İlham Əliyevə təşəkkürünü bildirib.

Görüşün sonunda kollektiv xatirə şəkili çəkilib və kitab imzalanıb.