Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə yeni tədris ilində universitetə qəbul olan tələbələr, müəllimlər və təhsil koordinatorları iştirak edib.
Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir yeni dərs ilinə başlayan tələbələrlə öz təcrübələrini bölüşüb və tövsiyyələrini bildirib. Həyatlarının ən vacib mərhələlərindən birinə qədəm qoyduqlarını deyən Sedat Demir, gənclərə onlar üçün yaradılmış fürsətdən mümkün qədər faydalanaraq yaxşı təhsil almalarını, gələcəklərinə təsir edən dövrdə də milli-mənəvi dəyərlərə sahib çıxaraq yaşamı olduqlarını qeyd edib və bu yolda onlara uğurlar arzulayıb.