Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş “Zəfər Sənindir Azərbaycan” adlı tədbir keçirilib.
Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələblərin iştirakı ilə keçirilən tədbirdə tarixçi-yazar, “2914: Biz sülh istəyirdik” kitabının müəllifi Vasif Qurbanzadə Azərbaycanın uzaq və yaxın tarixində Qarabağ, Qarabağın siyasi əhəmiyyəti, ermənilərin Qarabağ iddiasının səbəbləri və zəfərlə bitən “Vətən müharibəsi” zamanı baş verən siyasi-ictimai hadisələr barədə fikirlərini gənclərlə bölüşüb.
Tədbirin sonunda gənclərin sualları cavablandırılıb və BİGA tərəfindən Vasif bəyə xatirə hədiyyəsi təqdim edilib.



