18 noyabr tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi, Gənclərin Töhfəsi İctimai Birliyi və Azərbaycan Gənclərinin İnkişaf Hərəkatının birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun akt zalında 17 Noyabr – “Dirçəliş Günü”nə həsr olunmuş yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğulların rəsmləri, 44 günlük Zəfər tarixini əks etdirən əl işləri nümayiş olunub.
Sonda bütün iştirakçılar fəxri fərmanla təltif olunub.