Sosial Fəaliyyətlər Türk Sənət Akademiyasının Təsisçisi Erhan Ufak GYF-ni Ziyarət Etdi

Türk Sənət Akademiyasının Təsisçisi Erhan Ufak GYF-ni Ziyarət Etdi

78

Türk Sənət Akademiyasının təsisçisi, aktyor Erhan Ufak və akademiyanın idarə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib.

Erhan Ufak bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Görüşün sonunda Erhan Ufak bəyə xatirə hədiyyəsi tədqim edilib.