Təhsil Fəaliyyətləri GYF-də Effektiv Təlim-Tədris Metodları Seminarı Keçirilib

GYF-də Effektiv Təlim-Tədris Metodları Seminarı Keçirilib

40

İGEDER İstanbul Gönüllü Eğitimciler Derneği və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında İGEDER dərnəyinin idarə heyətinin üzvü Süleyman Tanrıverdinin təqdimatında effektiv təlim-tədris metodlarına həsr olunmuş silsilə seminarlar kiçirilib.

İki gün davam edən seminarda Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təhsil işçiləri iştirak edib. Seminarlarda müəllimin xüsusiyyətləri və rolu, kollektiv işin əhəmiyyəti, təhsildə liderliyin sirrləri, həmçinin təhsilin inkişafında elffektiv təlim-tədrisin müsbətyönlü təsiri kimi mövzulara yer verilib. Daha sonra mövzuların daha yaxşı mənimsənilməsi üçün bağlı kiçik təcrübələr, simulyasiya oyunları təşkil edilib. Seminar iştirakçılarına təşkilatçılar tərəfindən sertifikatlar təqdim edilib.

İki günlük seminar proqramının sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tərəfindən Süleyman Tanrıverdi bəyə xatirə hədiyyəsi verilib və fotolar çəkilib.