Sosial Fəaliyyətlər BİGA-da “Xocalını Unutma” Adlı Tədbir Keçirilib

BİGA-da “Xocalını Unutma” Adlı Tədbir Keçirilib

28

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Xocalını Unutma” adlı tədbir keçirilib.

Tədbirdə Qarabağ döyüşçüsü, yeddi gün erməni əsriliyində qalan Aftandil Əliyev və Xacalı faicəsində ailə üzvləri şəhid olmuş Vaqif Behbudov BİGA üzvləri ilə görüşüb. Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov qonaqları salamlayaraq Akademiyanın məqsədi və fəaliyyətləri barədə məlumat verib.

Aftandil Əliyev Xacalı faciəsi baş verənədək erməni vandalizmi, Qarabağda torpaq iddiaları və bu fonda törədilən iğtişaşlar, Qarabağ döyüşləri haqqında çıxış edib. Aftandil Əliyev qeyd edib ki, ermənilərin amansız şəkildə törətdiyi Xocalı faicəsi XX əsrin ən dəhşətli faicələrindən, qətliamlarından biridir. Faicə təkcə dinc sakinləri öz torpaqlarından didərgin salınması deyil, qoca, uşaq, qadın demədən dəhşətli işgənclər verilməsi, diri-diri yandırılması kimi amansız şiddətlərin törəlməsi yönündən unudulmamalı və daim dünyaya erməni vandalizmi tanıdılmalıdır.

Daha sonra Akademiya üzvlərinin Xocalı faicəsi haqqında sualları qonaqlar tərəfindən cavalandırılıb.

Görüşün sonunda xatirə fotosu çəkilib.