Sosial Fəaliyyətlər II Çay Festivalı Çərçivəsində “Çay Mədəniyyəti Qonaqpərvərliyin Rəmzidir” Adlı Tədbir Keçirilib

II Çay Festivalı Çərçivəsində “Çay Mədəniyyəti Qonaqpərvərliyin Rəmzidir” Adlı Tədbir Keçirilib

38

13.03.2024-cü il tarixində “5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” PHŞ-in 2023/2024-cü il tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq Azərbaycan çayının şöhrətinin təbliği, çay mədəniyyətinin ənənələrinin yaşadılması, qonağa hörmət xüsusiyyətinin qorunması məqsədilə “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı çərçivəsində “Çay mədəniyyəti qonaqpərvərliyin rəmzidir” adlı tədbir keçirildi.

Qonaq qismində Türk səfirliyinin Təhsil müşaviri Yurdagül Aydoğan, Meyvəçilik, Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Sahib Mehdiyev, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, Gəncliyə Yardım Fondu İctimaiyyətlə əlaqədar şöbəsinin əməkdaşı Qoşqar Abbasov  və SUN TEA Çay Fabriki  MMC- nin direktoru Nuriyyə Rəhmanova iştirak etdilər.

Mərkəzin metodisti Dürrə Qayıbova Azərbaycan və Türkiyə xalqlarına məxsus olan qonaqpərvərlikdən, adət-ənənələrindən danışdı. Azərbaycan və Türkiyə Respublikalarının Himni səslənildildi, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda  canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” I Çay Festivalı, Türkiyə və Azərbaycan çay mədəniyyəti haqqında hazırlanmış videoçarx nümayiş olundu. Mərkəzin “Zirvə”rəqs ansamblı və “Xalq çalğı alətləri ansamblı” çay mövzusuna həsr olunmuş rəngarəng konsert proqramı ilə çıxış etdilər, “Uşaq xalq rəqsləri” dərnəyinin üzvlərinin ifasında “Nağara şou”su iştirakçılar tərəfindən maraqla qarşılandı. “Təsviri incəsənət studiyası” dərnəyinin  üzvlərinin çay mövzusunda çəkdikləri rəsmlər nümayiş edildi, uşaqlar təsvir etdikləri rəsmləri barədə danışdılar. ”Ümumi biologiya” dərnəyinin rəhbəri Azadə Tağıyeva , “Gənc təbiətçilər”dərnəyinin rəhbəri  Zərifə Məhərrəmova və dərnək üzvləri çay haqqında  ətraflı məlumatlar verdilər.

Daha sonra qonaqlar çıxış edərək, Azərbaycan və Türkiyə xalqlarının ortaq mədəniyyətindən, milli adət-ənənələrin yaşadılmasından, uşaqlar arasında çayçılıq təsərrüfatına marağın artırılmasından və çay festivalının keçirilməsinin əhəmiyyətindən danışdılar. Tədbirin sonunda mərkəzin direktoru Elza xanım Orucova qonaqlara iştirakları üçün öz təşəkkürünü bildirdi.

Tədbir iştirakçıları mərkəzin əməkdaşları və dərnək üzvləri ilə xatirə şəkli çəkdirdilər.