Sosial Fəaliyyətlər Çanaqqala Şəhidləri Yad Edildi

Çanaqqala Şəhidləri Yad Edildi

18

Türkiyənin Azərbaycandakı səfirliyi, Azərbaycanda çalışan türk iş adamları, Qeyri-Hökumət Təşkilatlarının sədrləri Çanaqqala şəhidlərinin xatirəsini yad ediblər.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı Türk şəhidliyi abidəsinə çələng qoyub. Azərbaycan və Türkiyə dövlətlərinin himnləri səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Bakıdakı Türk Şəhidliyi, Şəhidlər Xiyabanı ziyarət olunub.

Anım mərasimində Gəncliyə Yardım Fondunun rəhbərliyi və nümayəndələri də iştirak edib.