Sosial Fəaliyyətlər GYF-də “Qloballaşan Dünyada Milli Dəyərlər” Mövzusunda Seminar Keçirilib

GYF-də “Qloballaşan Dünyada Milli Dəyərlər” Mövzusunda Seminar Keçirilib

25

Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin üzvü, iş adamı Abdurrahman Topbaşın Bakı İstedadlı Gənclər Akademiyasının üzvləri ilə görüşü keçirilib.

Görüş zamanı Abdurrahman Topbaş “Qloballaşan Dünyada Milli Dəyərlər” mövzusunda çıxış edib. Abdurrahman Topbaş qeyd edib ki, sürətlə inkişaf edən müasir dünyada mövcudluğu qorumaq elmi tərəqqi və texnoloji nailiyyətlərlə yanaşı milli-mənəvi dəyərlərə sahib çıxaqdan aslıdır. Süni intellektin əhatə dairəsini genişlətdiyini və sürətlə təkimilləşməsi ilə dünyanın təxminedilməz gələcəyə doğru getdiyini bildirən Abdurrahman Topbaş milli dəyərlərə gənclər baş verəcək problemlərin həll yolunu tapacaqdır deyə əlavə edib.