Türkiyənin Azərbaycandakı səfirliyinə təyin edilən yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir və Türkiyənin Cənubi Afrikadakı səfirliyinin təhsil müşaviri Nedim Kaya Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət zamanı Gəncliyə Yardım Fondunun rəhbərliyi və idarə heyətinin üzvləri ilə görüş keçirilib.
Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsirindən bəhs edib.
Türkiyənin Azərbaycandakı səfirliyinə təyin edilən yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.