Sosial Fəaliyyətlər GYF-də “Mən Də Varam Deyən Gənclik” Adlı Seminar Keçirildi

GYF-də “Mən Də Varam Deyən Gənclik” Adlı Seminar Keçirildi

26

Bu gün Gəncliyə Yardım Fondu və Bakı İstedadlı Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin üzvü və İstanbul Mədəniyyət Universitetinin müəllimi Prof. Dr. Mehmet Lütfi Arslanın təqdimatında “Mən Də Varam Deyən Gənclik” adlı seminar keçirildi. Seminarda Azərbaycanın müxtəlif univeritetlərində təhsil alan tələbələr iştirak edib.

Prof. Dr. Mehmet Lütfi Arslan gənclərə müasir dünyada baş verən qlobal proseslər və bu proseslər fonunda gəncliyi gözləyən gələcək haqqında çıxış edərək onlara öz tövsiyyələrini verib. Natiq, gənclərin inkişafında 7 əsas faktora diqqət yetirməli olduqlarını bildirib. Bu nüansları Prof. Dr. Mehmet Lütfi Arslan belə sıraladı: 1) “Allah bizi nə üçün yaratdı” sualını vermək; 2) “Bu qədər bilgi içində nəyi öyrənəcəyik?” sualını vermək; 3) Dörd kitabı əsas almaqla (Quran, Kainat, İnsan və Hadisə) oxumaq; 4) Yazmaq; 5) Sağlam mühtin formalaşdırılması; 6) Şövq itirməmək; 7) Usta-şagird prinsiplərinə əməl etmək.

Seminarın sonunda Gəncliyə Yardım Fondu tərəfindən keçirilən kitab müsabiqəsinin qalibləri mükafatlandırıldı və BİGA tərəfindən Prof. Dr. Mehmet Lütfi Arslana xatirə hədiyəsi təqdim edildi.