Sosial Fəaliyyətlər Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı Nümayəndəsi Hüseyn Çitak GYF-ni Ziyarət Edib

Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı Nümayəndəsi Hüseyn Çitak GYF-ni Ziyarət Edib

17

Bu gün Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Hüseyn Çitak Gəncliyə Yardım Fondunu ziyarət edib.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsir etdiyini bildirib.

Hüseyn Çitak bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonağa Fond tərəfondən hədiyyə təqdim edilib və xatirə fotosu çəkilib.