Sosial Fəaliyyətlər GYF-də 28 May Cümhuriyyət Gününə Həsr Olunmuş Tədbir Keçirilib

GYF-də 28 May Cümhuriyyət Gününə Həsr Olunmuş Tədbir Keçirilib

25

Gəncliyə Yardım Fondu və Bakı İstedadlı Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə 28 May Cümhuriyyət Gününə həsr Olunmuş“Cümhuriyyət və milli kimlik” adlı seminar keçirilib. Seminarda ekspert qismində Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev çıxış edib.

Dr. Orxan Vəliyev maarifçilik dövründən başlayaraq 1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyətinin qurulması, Sövet dövrü, 1991-ci ildə müstəqilliyin yenidən bərpa edilməsi, Qarabağ və Vətən müharibəsi kontekstində milli kimlik, milli kimliyə təsir edən faktorlar və onu təşkil edən simvollar barədə danışıb.

Daha sonra çıxış edən Ahmet Tecim Dr. Orxan Vəliyevə çox dəyərli məlumatları gənclərlə bölüşdüyünə görə öz təşəkkürünü bildirib və gənclərə hər zaman milli dəyərlərə və kimliyimizə sahib çıxmağı tövsiyə edib.

Seminarın sonunda Gəncliyə Yardım Fondu tərəfindən qonağa xatirə hədiyəsi təqdim edilib və fotolar çəkilib.