Bu gün 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Tərəqqi Uşaq Mərkəzinin bir qrup müdavimi ilə görüşüb. Fond rəhbəri uşaqları öz otağında qəbul edib, uşaqların beynəlxalq müdafiəsi münasibətilə onları təbrik edib. Onlara gələcək həyatları üçün tövsiyyələr verib və uğurlar arzulayıb.
Daha sonra Ahmet Tecim öz yerini Tərəqqi Uşaq Mərkəzinin müdavimlərindən biri ilə paylaşıb. Onun gələcək həyatı ilə bağlı planlarını müzakirə edib.
Görüşün sonunda xatirə fotosu çəkilib.