Sosial Fəaliyyətlər Türkiyənin Milli Təhsil Nazirinin Müavini Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Türkiyənin Milli Təhsil Nazirinin Müavini Gəncliyə Yardım Fondunu Ziyarət Edib

33

Bir sıra rəsmi görüşləri həyata keçirmək məqsədilə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhsil Nazirinin müavini Dr. Nazif Yılmaz Gəncliyə Yardım Fondunu ziyarət edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsir etdiyini bildirib.

Dr. Nazif Yılmaz bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonağa Fond tərəfondən xatirə hədiyyəsi təqdim edilib.