Sosial Fəaliyyətlər Türkiyənin Məşhur İş Adamı Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Türkiyənin Məşhur İş Adamı Gəncliyə Yardım Fondunu Ziyarət Edib

13

Bu gün Türkiyənin məşhur iş adamı Sinpaş Holdinqin idarə heyətinin sədri Dr. Avni Çelik Gəncliyə Yardım Fondunu ziyarət edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsir etdiyini bildirib.

Dr. Avni Çelik bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonağa Fond tərəfondən xatirə hədiyyəsi təqdim edilib.