Sosial Fəaliyyətlər ŞKTR-nin  Parlamentinin Sədri Zorlu Töre GYF-də Tədbirdə İştirak Edib

ŞKTR-nin  Parlamentinin Sədri Zorlu Töre GYF-də Tədbirdə İştirak Edib

5

7 iyun 2024-cü il tarixində ilə Gəncliyə Yardım Fondunda Azərbaycan-Şimali Kipr dostluq və qardaşlıq əlaqələrinin yüksələn xətt ilə inkişaf etməsi münasibətilə Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı “Şimali Kipr – Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” adlı tədbir keçirilib.

Tədbirdə Şimali Kipr Türk Respublikası parlamentinin sədri Zorlu Töre,  ŞKTR-nin parlamentinin deputatı İzlem Gürçağ Altuğra və parlamentin katibi İrem Uygun, ŞKTR-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Milli Məclisinin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, QHT rəhbərləri, elm adamları və media mümayəndələri iştirak edib.

ŞKTR Parlamentinin sədri Zorlu Töre çıxış edərək Azərbaycana səfərlərin hər iki dövlət arasındakı dostluq və qardaşlıq bağlarının inkişafındakı rolunu xüsusilə diqqətə çəkib, Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasındakı əməyini yüksək qiymətləndirərək onu Azərbaycan gəncliyinin əbədi lideri adlandırıb.  Zorlu Töre gənclərə səslənərək onların bir bayraq olduqlarını və heç vaxt bayraqları endirməyəcəklərini, hər zaman əllərində bayraqla zirvələrə doğru addımlayacaqlarını, Türk Millətinin, Azərbaycanın, Türkiyənin, Şimali Kiprin və digər Türk dövlətlərinin yüksək mənafeləri naminə bayrağını daha da yüksəklərə daşıyacaqlarını bildirib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxışında tarix boyu türk xalqı öz milli-mənəvi dəyərlərinə sahib çıxmış, hər zaman vətəni və milləti üçün canından və qanından keçmişdir, deyə qeyd edib.

Daha sonra Şimali Kipr Türk Respublikasının nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkilləri Vüqar İskəndərov və Jalə Əhmədova Azərbaycan-Şimali Kipr Türk Respublikasının iqtisadi, siyasi və mədəni əlaqələrinin inkişafı ilə bağlı çıxış ediblər.

Tədbirin sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Töreyə xatirə hədiyyəsi təqdim edib.