İyunun 12-də Davut Akpınarın rəhbərlik etdiyi Almaniya Türk Akademiklər Birliyinin (NiTAB) nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib.
Nümayəndə heyəti Fond rəhbərliyi ilə çay süfrəsi ətrafında görüş keçirib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqları salamlayıb və Fondun Azərbaycanda sosial, təhsil və humanitar istiqamətlərində fəaliyyətləri haqqında ətraflı məlumat verib.
Daha sonra Almaniya Türk Akademiklər Birliyinin üzvləri Almaniyada milli-mənəvi dəyərlərin qorunması ilə bağlı təşkil etdikləri layihələr və tədbirlər haqqında çıxış ediblər.
Görüşdə hər iki təşkilat arasında əməkdaşlıq imkanları müzakirə edilib.