Bu gün Hasene Beynəlxalq Yardım dərnəyinin nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun idarə heyətinin nümayəndələri ilə görüşüb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verilib. Ahmet Tecim qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Hasene Beynəlxalq Yardım dərnəyinin nümayəndələri də öz növbəsində Fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.