Sosial Fəaliyyətlər Niğde Ömer Halisdemir Universitetinin Müəllim Heyəti GYF-nin Qonağı Olub

Niğde Ömer Halisdemir Universitetinin Müəllim Heyəti GYF-nin Qonağı Olub

22

11-13 iyun 2024-cü il tarixinlərində Bakı Avrasiya Universitetində keçirilən XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdə olan Niğde Ömer Halisdemir Universitetinin müəllim heyəti Dr. Muhammet Berat Can, Dr. Ahmet Vural, Doç. Dr. Arslan Karaoğlan, Dr. Süleyman Doğanay Gəncliyə Yardım Fondunun qonağı olub.

Ziyarət çərçivəsində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüş keçirilib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsir etdiyini bildirib.

Niğde Ömer Halisdemir Universitetinin müəllim heyəti də Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara Fond tərəfindən xatirə hədiyyəsi təqdim edilib.