25 iyul 2024-cü il tarixində Gəncliyə Yardım Fondunun nəznində fəaliyət göstərən Tərəqqi İnkişaf Mərkəzinin “Yay Düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondunun əməkdaşları, yay məktəbində iştirak edən uşaqların valideynləri iştirak edib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra “Yay düşərgəsi”nin fəaliyyətlərini əks etdirən videoçarx təqdim olunub.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək “Yay düşərgəsi”nin intellektual və məntiqi oyunlarla, əyləncəli seminarlarla, milli-mənəvi dəyərləri aşılayan dərslər və tarixi abidələrə ekskursiyalarla uşaqların yayı tətilini daha səmərəli keçirdiklərini qeyd edib və düşərgə iştirakçılarına uğurlar arzulayıb.
Dr. Rüfət Şirinov layihənin uşaqların yoldaşlıq, dostluq kimi insani hislərinin formalaşmasında və milli-mənəvi dəyərlərin mənimsənilməsində böyük rol oynadığını qeyd edib.
Tədbirin sonunda “Yay məktəbi” layihəsində keçirilən müxtəlif müsabiqələrdə yer tutan şagirdlərə sertifikat və dəyərli hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.