Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və nümayəndə heyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovu ziyarət ediblər.
Ahmet Tecim ziyarət əsnasında Fondun fəaliyyətləri, görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib. Fondun həyata keçirdiyi bir çox layihələrdə hər zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyini hiss etdiklərini vurğulayaraq Ramin Məmmədova öz dərin təşəkkürünü bildirib.
Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da Ahmet Tecim və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürünü bildirib, Fondun gələcək fəaliyyətlərində uğurlar arzulayıb.