Sosial Fəaliyyətlər GYF-də Anım Günü Münasibətilə Gənclərlə Görüş Keçirilib

GYF-də Anım Günü Münasibətilə Gənclərlə Görüş Keçirilib

8

Bu gün Gəncliyə Yardım Fondunun rəhbərliyi və təhsil şöbəsinin nümayəndələri ilə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr arasında 27 sentyabr Anım Gününə həsr edilmiş görüş keçirilib. Görüşdə yeni tədris ilində universitetə qəbul olan tələbələr, müəllimlər və təhsil koordinatorları iştirak edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək Vətən müharibəsidə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsində gənclərin böyük rol oynadığını bildirib. Ahmet Tecim tələbə adını qazanmış gənclərə milli-mənəvi dəyərlər sahib çıxmağı, vətənpərvərlik duyğularını həmişə diri tutmlarını arzulayıb, daha sonra tələbələrlə öz təcrübələrini bölüşüb və tövsiyyələrini bildirib.

Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin nümayəndələri Fuad Quliyev, Dr. Rüfət Şirinov və Dr. Nizami Əfəndiyev çıxış edərək gənclərlə öz tövsiyələrini bölüşüblər.