Sentyabrın 28-də Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri araşdırmaçı-yazar, ictimai xadim Dr. Şəmsəddin Kuzəçi Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Dr. Şəmsəddin Kuzəçi Fondun rəhbərliyi və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun fəaliyyətləri haqqında geniş məlumat verilib. Ahmet Tecim qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi də öz növbəsində Fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda xatirə fotosu çəkilib.