Sosial Fəaliyyətlər Türkiyəli Naşir Yusuf Ünal GYF-nin Qonağı Olub

Türkiyəli Naşir Yusuf Ünal GYF-nin Qonağı Olub

3

2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək məsqədi ilə Azərbaycanda səfərdə olan Türkiyənin Multibem nəşriyyatının təsisçisi və rəhbəri Yusuf Ünal Gəncliyə Yardım Fondunun qonağı olub. Türkiyəli naşir ziyarət əsnasında Fondun rəhbərliyi və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun fəaliyyətləri ‎haqqında geniş məlumat verilib. Ahmet Tecim qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu ‎gündən bu günə qədər həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Multibem nəşriyyatının təsisçisi və rəhbəri Yusuf Ünal də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib.