Sosial Fəaliyyətlər BİGA-da “Müəllim Kimdir?” Adlı Seminar Keçirilib

BİGA-da “Müəllim Kimdir?” Adlı Seminar Keçirilib

4

Oktyabrın 5-də Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılğı ilə Sosialogiya Akademiyasının təsisçisi və direktoru f.f.d Mail Yaqub “Müəllim kimdir?” adlı seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin çox şey öyrənəcəyini və onların gələcək iş həyatlarında istifadə edə biləcəkləri fikirlərin olacağını qeyd edib.

Daha sonra f.f.d Mail Yaqub çıxış edərək müəllim peşəsinin ülviyi və xüsusilə müasir dövrdəki əhəmiyyətindən bəhs edib. Spiker müəllimin fərdi kimliyi və peşəsini icra edərkən kimliyi barəsində çıxış etməklə yanaşı, necə təhsil alınmalıdır? təhsil alarkən nələlərə diqqət edilməlidir kimi nüaslara da toxunub.

Seminarın sonunda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən qonağa xatirə hədiyəsi təqdim edilib.