Uncategorized Türk Dövlətlərinin Məşhur Yazıçı və Şairləri GYF-nin Qonağı Olub

Türk Dövlətlərinin Məşhur Yazıçı və Şairləri GYF-nin Qonağı Olub

4

Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının I Bakı forumu” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan bir sıra Türk Dövlətlərinin məşhur şair və yazıçıları Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar ziyarət əsnasında Fondun rəhbərliyi və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun fəaliyyətləri ‎haqqında geniş məlumat verilib. Ahmet Tecim qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu ‎gündən bu günə qədər həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Gəncliyə Yardım Fondunun fəaliyyətlərini əks etdirən qısa video çarx tqdim edildikdən sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar hər iki təşkilat arasında birgə əməkdaşlığın uzun illərə dayandığını və Fondun hər zaman ədəbiyyata dəstək olduğunu bildirib.

DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı qonaqları təqdim edib və qonaqpərvərliyi üçün Gəncliyə Yardım Fonduna təşəkkür edib. Qonaqlar da öz növbələrində Fondun fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda DGTYB-nin başqanı İntiqam Yaşara təşkilatın 25 illiyi münasibəti ilə plaket, DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı və qonaqlara xatirə hədiyyələri təqdim edilib.