Uncategorized Mesut Özil  Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Mesut Özil  Gəncliyə Yardım Fondunu Ziyarət Edib

7

Oktyabrın 12-də Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçı, Türkiyə İbn Haldun Universitetinin Himayəçilər şurasının sədri Prof. Dr. İrfan Gündüz, türkiyəli məşhur futbolçu Mesut Özil, və klassik türk musiqiçisi Ender Doğan Gəncliyə Yardım Fondunu ziyarət edib. Türkiyəli futbolçu ziyarət çərçivəsində Fondun rəhbərliyi və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun fəaliyyətləri ‎haqqında geniş məlumat verilib. Ahmet Tecim qeyd edib ki, Gəncliyə Yardım Fondu qurulduğu ‎gündən həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Qonaqlar da Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda Mesut Özilə hədiyyələr təqdim edilib və xatirə fotosu çəkilib.