Sosial Fəaliyyətlər Mesut Özil Gəncliyə Yardım Fondunun Futbol Klubunda Gənclərlə Görüşüb

Mesut Özil Gəncliyə Yardım Fondunun Futbol Klubunda Gənclərlə Görüşüb

5

Azərbaycanda səfərdə olan Mesut Özil Çinar Tələbə Yurdunda yerləşən Gəncliyə Yardım Fondunun Futbol Klubunda gənclərlə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa klubun gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə yaradıldığını və pis vərdişlərdən uzaq duraraq vaxtlarını idmana sərf etmələri üçün fürsət olduğunu bildirib.

Çinar Tələbə Yurdu və Futbol Klubu ilə yaxından tanış olan məşhur futbolçu görüş çərçivəsində gənclərin məşqində iştirak edib.

Görüşün sonunda xatirə fotosu çəkilib.