Uncategorized Mesut Özil Şəhid Ailəsini Ziyarət Etdi

Mesut Özil Şəhid Ailəsini Ziyarət Etdi

15

Oktyabrın 14-də türkiyəli məşhur futbolçu Mesut Özil, Prof. Dr. İrfan Gündüz və Türkiyənin Erkam Radiosunun baş redaktoru Murat Karaman Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə 44 günlük Vətən mübaribəsində qəhrəmancasına döyüşərək şəhid olan hafiz Elgün Quliyevin ailəsini ziyarət edib.

Elgün Quliyevin atası Vasif Quliyev və anası Qənirə Quliyeva ilə tanış olan Mesut Özilə Elgün haqqında geniş məlumat verilib, 44 günlük müharibə ərzində yazdığı xatirə dəftərinin də yer aldığı güşə nümayiş etdirilib, keçdiyi döyüş yolundan bəhs edilib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu tərəfindən hafiz şəhid Elgün Quliyevə həsr olunan “Göylərdən Göylərə” kitabı nəşr olunub və Dəyər Tv “Tarix Yazan Şəhid Hafiz Elgün Quliyev” adlı sənədli film hazırlayıb.