Sosial Fəaliyyətlər Türkiyə Universitetlərinin Nümayəndələri Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Türkiyə Universitetlərinin Nümayəndələri Gəncliyə Yardım Fondunu Ziyarət Edib

5

Türkiyə Din Hizmətləri Müşavirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Mərmərə Universitetinin müəllimi Prof. Dr. Ömer Türker və İstanbul Mədəniyyət Universitetinin müəllimi Doç. Dr. İbrahim Halail Üçer Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Türkiyəli alimlər ziyarət əsnasında Fondun idarə heyətinin üzvləri ilə görüşüblər.

Gəncliyə Yardım Fondunun Təhsil koordinatoru Fuad Quliyev qonaqlara fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib. Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir, deyə Fuad Quliyev qeyd edib.

Qonaqlar da öz növbələrində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎