Uncategorized BİGA-da İqlim Böhranlarına Həsr Edilmiş Seminar Keçirilib

BİGA-da İqlim Böhranlarına Həsr Edilmiş Seminar Keçirilib

3

Oktyabrın 19-da Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Xəzər Universitetinin müəllimi t.f.d. Telman Nüsrətoğlu “İqlim böhranları və nizamsızlıq dövründə türk dövlətlərinin təhlükəsizlik sahəsindəki əməkdaşlığının önəmi” adlı seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin çox şey öyrənəcəyini və onların gələcək iş həyatlarında istifadə edə biləcəkləri fikirlərin olacağını qeyd edib.

Daha sonra t.f.d. Telman Nüsrətoğlu çıxış edərkən “Türk Birliyi”nin zəruriliyindən, təbii ehtiyatların mühafizəsindən və gələcək perspektivlərindən danışıb.

Seminarın sonunda t.f.d. Telman Nüsrətoğluna Fond rəhbərliyi tərəfindən gənclərin maarifləndirilməsi istiqamətində gördüyü işlərə görə təşəkkür edilib və xatirə hədiyyəsi təqdim edilib.