Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Elmi-Praktik Konfransda İştirak Edib

GYF Rəhbərliyi Elmi-Praktik Konfransda İştirak Edib

4

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransda iştirak edib.

Konfransda ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunan konfransda dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.