Sosial Fəaliyyətlər BİGA-da “Şəxsiyyət İnşası” Adlı Seminar Keçirilib

BİGA-da “Şəxsiyyət İnşası” Adlı Seminar Keçirilib

41

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı “Həzrət Peyğəmbərin Şəxsiyyət İnşası” Adlı Seminar Keçirilib.

Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirak etdiyi tədbirdə mühazirəçi qismində Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin üzvü Dr. Alican Tatlı çıxış edib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, əvvəlcə gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib, daha sonra isə bu görüşdən gənclərin çox şey öyrənəcəyini və onların gələcək həyatlarında istifadə edə biləcəkləri fikirlərin olacağını qeyd edib.

Dr. Alican Tatlı gənclərə Hz. Peyğəmbərin örnək davranışları və səhabələrin insanlara qarşı mübasibəti barədə çıxış edib. Alican bəy qeyd edib ki, İslam dünyasındakı problemlərin ən ümdə səbəblərindən biri zaman keçdikcə Hz.Peyğəmbərdən qopmaq və onu rol modelindən uzaqlaşmaqdır. Bügünkü gənclik şəxsiyyət inşalarında özlərinə Hz. Peyğəmbəri nümunə götürməli, onun insanlara qarşı mübasibətini çağımızda əks etdirməlidir, deyə natiq bildirib.

Seminarın sonund xatirə fotosu çəkilib.