Sosial Fəaliyyətlər GYF-də Şəhid Ailələri ilə Görüş Keçirilib

GYF-də Şəhid Ailələri ilə Görüş Keçirilib

25

Bu gün Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə şəhid ailələri ilə görüş keçirilib. Gəncliyə Yardım Fondunun himayəsi altında Azərbaycan və Türkiyə xanımlarının birgə təşkilatçılığı ilə keçirilən “Əmanətə sahib çıxaq” layihəsi çərçivəsində baş tutan görüşdə şəhid ailələri və yaxınları, millət vəkilləri, Türkiyə səfirliyinin müşavirləri, ictimaiyyət mümayəndələri iştirak edib.

Tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiklal Marşının səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Qurani Kərim tilavət edilib və Dəyər Tv tərəfindən hazırlanmış videçarx izlənilib.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Azərbaycanın ərazi bötövlüyünü uğrunda döyüşlərdə şəhid və qazi olan yurddaşlarımıza ömür boyu borclu olduğumuzu, şəhidlərin əziz xatirəsini daim yaşatmalı və gələcək nəsillərə bu fikri, vətən-yurd sevgisini, şəhidlik şərəfini aşılamalı olduğunu bildirib.

Millət vəkili Ceyhun Məmmədov Gəncliyə Yardım Fonduna bu kimi tədbirləri həyata keçirdikləri üçün öz təşəkkürünü bildirib və dövlətimizin hər zaman vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizi diqqət mərkəzində saxladığını bildirib.

Türkiyə Səfirliyinin Mətbuat müşaviri Dr. A. Cihangir İşbilir və Din Xidmətləri müşaviri İhsan Açık çıxış edərək milli-mənəvi dəyərlərimizdə şəhidlik məqamından bəhs ediblər.

Daha sonra Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin Humanitar Yardım Departamentinin direktoru Sadettin Ekinci, Şəhid Sənan Rüstəmovun atası Əkbər Rüstəmov çıxış ediblər.

Qeyd edək ki, tədbirin sonunda şəhid ailələrinə Gənliyə Yardım Fondu tərəfindən ərzaq paketi hədiyyə olunub.