Bu gün Gəncliyə Yardım Fondu, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi və Dəyər TV-nin birgə təşkilatçılığı ilə Axısqa Türklərinin Sürgün edilməsinin 80 illiyinə həsr edilmiş “Sürgündən Bu Günə” Adlı Tədbir keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, səfirliyin müşavirləri, millət vəkili Ceyhun Məmmədov, TİKA Bakı Nümayəndəliyinin Koordinatoru Hayrettin Özçelik, Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Dr. Serdar Gündoğan, QHT rəhbərləri, media nümayəndələri, ictimaiyyət xadimləri və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan Axısqa türkləri iştirak ediblər.