Noyabrın 2-də Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev “Türk Dövlətlər Təşkilatı: İdeyadan Reallığa” adlı seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.
BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin çox şey öyrənəcəyini və onların gələcək iş həyatlarında istifadə edə biləcəkləri fikirlərin olacağını qeyd edib.
Daha sonra çıxış edən Dr. Orxan Vəliyev tələbələrə Türk Dövlətlər Təşkilatı haqqında geniş məlumat verib. Bu təşkilata daxil olan ölkələrin arasındakı əməkdaşlığı gücləndirmək üçün həyata keçiriləcək gələcək layihələrdən danışıb.
Seminarın sonunda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən qonağa xatirə hədiyəsi təqdim edilib.