Bu gün Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak Edib.
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan Sammitin tərəfdaşları qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.