Dini Liderlərin Qlobal Sammiti çərçivəsində Bakıda səfərdə olan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adam Şantadze və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Sabir Musayev Gəncliyə Yardım Fondunu ziyarət ediblər.
Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər.